Mixeil Saakaşvili - Gürcüstanın Fransadakı səfiri, görkəmli peşəkar Qoça Cavaxişvilinin düzgün və cəsarətli addımını təqdir edirəm
Mixeil Saakaşvili - Gürcüstanın Fransadakı səfiri, görkəmli peşəkar Qoça Cavaxişvilinin düzgün və cəsarətli addımını təqdir edirəm

 
Gürcüstanın Fransadakı səfiri, görkəmli peşəkar Qoça Cavaxişvilinin düzgün və cəsarətli vətəndaş addımını təqdir edirəm – bu haqda Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin “Facebook” səhifəsində dərc olunmuş yazısında qeyd olunub.

Eyni zamanda, Saakaşvili dövlət vəzifələrindəki istənilən şəxsi, o cümlədən onun dövründə təyin olunmuş şəxsləri düzgün seçim etməyə və Gürcüstanın maraqlarına qarşı çıxmamağa çağırır.

“Bunu cəmiyyət, bu gün ölkəni xilas etmək üçün mübarizə aparan nəsil şübhəsiz qiymətləndirəcək. Bu gün Kiyevdə Avropa Parlamentinin Prezidenti Roberta Metsolanın, hazırda Ukrayna və Moldova ilə danışıqların aparılması və Gürcüstan və Belarusun tezliklə onlara qoşulacağına ümidvar olması haqda bəyanatı səsləndi. Belarusla eyni səviyyədə olmağa da nail olmuşuq. Xoşumuza gəlirmi ?
Bu, gürcü xalqının seçimidirmi? Yaxşı düşünün və vətəninizi qurban verməyin!” – Mixeil Saakaşvili yazır.

Bu gün Qoça Cavaxişvili sosial şəbəkədə Gürcüstanın Fransadakı səfiri vəzifəsindən istefa verdiyini yazıb.