Mixeil Çxenkeli - Mənim gənc dostlarım, biz distansiyalı təhsil ilə bağlı çağırışlarla baş gələ bildik və məktəbi müvəffəqiyyətlə bitirdik
Hərşeyə rəğmən, biz məsafəli təhsil ilə bağlı bütün çağırışlarla baş gələ bildik və bu tədris ilini müvəffəqiyyətlə başa çatdırdıq, – bu bəyanatı Gürcüstanın Təhsil Naziri Mixeil Çxenkeli son sinif şagirdlərinə müraciət edərkən verdi.
Nazir 12-ci sinif şagirdlərini məktəbi bitirmələri münasibəti ilə təbrik etdi və onlara müvəffəqiyyət arzuladı.
Mixeil Çxenkeli ümid bildirdi ki, inkişaf perspektivi, təcrübəsi və məsuliyyəti ilə fərqlənən yeni nəsil xüsusi gələcək yarada biləcək.
“Bələ şərtlərdə, əsas məqsədimiz təhsil prosesinin kəsilməməsinin təmin edilməsi idi və məlum oldu ki, bütün çətinlikləri təhsil ilə, bilik və elm ilə məğlub edə bilərik. Siz fərqli bir nəsilsiniz və sizi xüsusi gələcək gözləyir. Sizə gələcək yolunuzda müvəffəqiyyətlər arzulayıram” – dedi Mixeil Çxenkeli.
Bugün 12-si siniflər üçün təhsil prosesi başa çatdı.
Qeyd edək ki, abiturientlərin maraqları Təhsil Nazirliyi tərəfindən nəzərə alınacaq və “Teleməktəb” çərçivəsində onlar üçün xüsusi dərslər iyunun 15-nə qədər davam edəcək.