Mixeil Çxenkeli - Məktəbdə çalışan hər bir insanın maaşı artmalıdır
Mixeil Çxenkeli - Məktəbdə çalışan hər bir insanın maaşı artmalıdır

“Müəllimlərin maaş məsələsi olduqca ciddi bir mövzudur, mənim fikrimcə, bütün müəllimlərin maaşları daha yüksək olmalıdır və bu istiqamətdə maksimal şəkildə işləyirik” – bu barədə bəyanatı Gürcüstanın Təhsil Naziri Mixeil Çxenkeli bugünki hökümət iclasından sonra verdi.

Mixeil Çxenkeli qeyd etdi ki, məktəbdə çalışan hər bir əməkdaşın, necə pedaqoqun, eləcədə administrasiya və texniki əməkdaşların maaşları daha yüksək olmalıdır.

“Aparıcı müəllimlərin maaşları biraz daha yüksəkdir, ancaq hərkəsin kvalifikasiyasını artırıb aparıcı müəllim olmaq şansı var və bu digər müəllimlər üçün bir pillə daha iləri getmək üçün stimuldur. Şəxsən mənim fikrimcə, hər bir müəllimin maaşı artmalıdır.

Həmçinin, texniki personal da ağır işlə məğul olur və onların da maaşı daha artıq olmalıdır. Yenə deyirəm, məktəbdə çalışan hər bir insanın maaşı daha yüksək olmalıdır” – dedi Mixeil Çxenkeli.