Mixeil Çxenkeli - Xorava küçəsində baş verən hadisə ürəyimi ağrıtdı
Təhsil Naziri Mixeil Çxenkeli bəyan edir ki, məktəb personalı, Xorava küçəsində baş verən hadisə haqqında həqiqətlərin üzərə çıxardılmasına yardım etmək üçün maksimal şəkildə hazır olduğunu bildirir.
Təhsil naziri ölən uşağın valideynlərinə baş sağlığı verdi.
“Bu hadisə ürəyimi ağrıtdı. İlk öncə ölən şagirdin valideynlərinə dərin üzüntülərimi və baş sağlığımı bildirirəm. Ümid edirəm ki, digər yaralanan uşağın həyatı xilas ediləcək.
Bundan sonra, əlimdən gələni edəcəm və gərəkən tədbirlər görəcəyik ki, məktəblərdə belə faciyələr baş verməsin” – dedi Təhsil naziri.
Xatırladaq ki, Tbilisidə Xorava küçəsində, yeniyetmələr arasında baş verən münaqişə zamanı iki yeni yetmə yaralandı. Onlardan biri xəstəxanaya çatdırılmadan, yolda həyatını itirdi.