Mixeil Giorqadze - Teatrlarda əsas çağırış olaraq, alternativ maliyyələşdirilmə məsələsi qalır
Mədəniyyət maziri Mixeil Giorqadze teatrlar tərəfindən alternativ maliyyələşdirilmə yollarının axtarılması zərurəti haqqında danışır və bəyan edir ki, maliyyələşdirilmə sahəsi ishlahat tələb edir.
“Başa düşməliyik ki, bəlli bir reallıqda yaşayırıq, nazirliyin və ölkənin büdcəsi hədsiz deyil. Alternativ maliyyələşdirilmə yollarını axtarmağa məcburuq. Mən istəyərdim ki, teatrlar bu haqda düşünsünlər.
Hal-hazlrda nazirliyin əsas çağırışlarından biri teatrların maliyyələşdirilməsi və bunun üçün insan resurslarının hazırlanması və istifadəsidir” – dedi Mədəniyyət naziri.
Teatrların maliyyələşdirilməsi layihəsini nazirlik yaxın günlərdə təqdim edəcək.
Nazirin dediyinə görə, teatrlara daha artıq büdcənin ayrılması bu mərhələdə planlaşdırılmır.
2018-ci ilin büdcəsi artıq təsdiqlənib. Cari il, teatrların maliyyələşdirilməsinin yeni modelinin tətbiq edilməsi planlaşdırılır.
Nazir ümid edir ki, yeni maliyyələşdirilmə modelinə keçmə prosesi teatrlar üçün ağrısız keçəcək.