Mixeil Dauşvili-ticarət mərkəzləri(mollar) və bazarlarda istehlakçıların yüksək hərəkətliliyi olur və onların açılması bu mərhələdə baş tutmur
Ticarət mərkəzləri(mollar) və bazarlar istehlakçı hərəkətliliyinin ən böyük istehsalçısıdır(qeneratorudur), müvafiq olaraq, risklər yüksəkdir və iqtisadi açılımın bu mərhələsində onların işə salınması baş tutmur-bu barədə biznes ombudsman,Mixeil Dauşvili mol və bazarların nümayəndələri ilə görüşdən sonra bildirib.Buna dair məlumatı Biznes Ombudsman aparatı yayır.
Onların verdiyi məlumata görə, biznes ombudsman,Mixeil Dauşvili və Əmək Şəraitinin Təftişi İdarəsinin rəhbəri, Beka Peradze ticarət mərkəzlərinin (molların) və bazarların nümayəndələri ilə görüşüblər və obyektlərin açılması ilə əlaqəli koronavirusun yayılmasına dair profilaktik tənzimləmələrin iş versiyasını müzakirə ediblər.
Rekomendasiyalar mol (ticarət mərkəzləri) və bazar məkanlarında koronavirusun yayılmasının qarşısının alınması məqsədini daşıyır və onların həyata keçirilməsi məcburidir.
Görüşdə əmək müfəttişləri qrupunun hər bir obyekti açılışdan əvvəl yoxlayacağı və zərurət yarandıqda əlavə tövsiyyələr verəcəyi barədə razılıq əldə olunub.
Gürcüstan hökumətinin məhdudiyyətlərin qaldırılması və iqtisadiyyatın işə salınması planına əsasən, ticarət mərkəzlərinin(molların) açılması dördüncü, qapalı tipli bazarların / bazarların açılması isə beşinci mərhələdə planlaşdırılır.
Hazırladı-Sevinc Mustafayeva