Mixail Saakaşvili - mayin 26-da biz Rusiyanın təxribatına düzgün cavab verdik
Mixail Saakaşvili - mayin 26-da biz Rusiyanın təxribatına düzgün cavab verdik

2011-ci il mayın 26-da Rustaveli prospektində çox az insan var idı, – bu barədə Gürcüstanın keçmiş prezidenti və Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili, Ukraynalı jurnalistlər tərəfindən mayın 26-da mitinqin dağılmasına dair sualına cavab olaraq bəyan etdi.

“İlk növbədə, orada çox az insan var idi. İkincisi – bu Burcanadze idi, Putinin şəxsi dostu, Putinlə birlikdə Moskvada, paradda iştirak edirdi. Putinin əsas düşməni və onu yaxın dostu arasında fərqi görə bilmirsinizmi? Əgər fərqi görmürsünüzsə, bu sizin probleminizdir. O vaxt Rusiya həqiqətən təxribat həyata keçirdi və biz ona düzgün cavab verdik. O vaxt o insanlar zoraklıq istəyirdilər və zoraklığa biz güc ilə cavab verdik. Harada gördünüz ki, biz zoraklıq istəyirdik? Harada gördünüz ki, mən və Putin birlikdə dururuq?”, – Saakaşvili bəyan etdi.