Mixail Podolyak - Ukrayna təhlükəsizlik zəmanətləri ilə bağlı beynəlxalq müqaviləni bu məsələyə dair milli referendum keçirildikdən sonra imzalaya biləcək

 
Ukrayna təhlükəsizlik zəmanətləri ilə bağlı beynəlxalq müqaviləni yalnız bu məsələyə dair milli referendum keçirildikdən sonra imzalaya biləcək. Bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak Rusiya nümayəndə heyəti ilə danışıqlardan sonra bildirib.

” Bunun necə həyata keçiriləcəyi çox vacib məsələdir. Bizim üçün əsas odur ki, dövlət ictimaiyyətlə əlaqə yaratsın və bizim təklif etdiyimizdən müsbət nəticələr alsın, çünki bu Ukraynanın qəbul edəcəyi tamamilə fərqli təhlükəsizlik konturudur” -deyə Podolyak qeyd edib.