Mixael Rot - Hökumət bu qanunu geri çəkməzsə, Gürcüstan üçün parlaq gələcək şansı görmürəm
Mixael Rot - Hökumət bu qanunu geri çəkməzsə, Gürcüstan üçün parlaq gələcək şansı görmürəm

 
Biz Gürcüstanın, gürcü xalqının dostuyuq, Gürcüstanın yeri Avropanın qəlbindədir və bu, o deməkdir ki, Gürcüstanın Avropa İttifaqına gedən yolunda biz çox çalışırıq-bu haqda Tbilisidə səfərdə olan Almaniya Bundestaqının xarici işlər komitəsinin sədri Mixael Rot deyib.

O, Gürcüstan hökumətinə parlamentdə təqdim olunmuş qanun layihəsini geri çəkmək üçün xahişlə müraciət edəcəyini bildirib. Mixael Rot deyir ki, hökumət bu qanunu geri çəkməzsə, Gürcüstan üçün parlaq gələcək şansı görmür.

“Aydın mesaj vermək üçün Avropa Parlamentindən olan həmkarlarımın tərkibi ilə Avropa nümayəndə heyətinin bir hissəsi olmaq mənim üçün böyük şərəfdir. Biz Gürcüstanın, gürcü xalqının dostuyuz. Gürcüstanın yerinin Avropanın qəlbində olması məsələsində son dərəcə istəkliyik və bu, o deməkdir ki, Gürcüstanın Avropa İttifaqına gedən yolunda biz çox çalışırıq. Lakin, hörmətli hökumət və hörmətli hakim partiya, xahiş edirik “xarici agentlər” qanununu dayandırın. Hökumət bu qanunu geri çəkməzsə, Gürcüstan üçün heç bir parlaq gələcək şansı görmürəm. Küçələrdə dinc nümayiş keçirən insanlara minnətdaram. Tbilisi bu çağırışlarla dolu dövrdə Avropanın əsl paytaxtıdır. Bizim hökumət, parlament, müxalifət və vətəndaş cəmiyyətinin nümayəndələri ilə söhbət etmək şansımızın olacağına böyük ümid bəsləyirəm” – Mixael Rot deyib.

“Bu qanunun təsdiqlənməsi halında, ilin sonunda Avropa İttifaqına üzvlüklə bağlı danışıqların açılıb-açılmaması” sualına Mixael Rot belə cavab verib: “Xeyr, həqiqətən yox. Bu qanunla mən üzvlük danışıqları ilə bağlı fəsillərin açılmasının heç bir şansını görmürəm. Avropa İttifaqının mesajı olduqca açıqdır”.