Mixael Rot - Avropa İttifaqının qurumlarına bu qanunun təfərrüatları və bəndləri ilə bağlı danışıqlara başlamağı məsləhət görmürəm, bizə modifikasiya lazım deyil, dayandırın, sadəcə olaraq dayandırın
Mixael Rot - Avropa İttifaqının qurumlarına bu qanunun təfərrüatları və bəndləri ilə bağlı danışıqlara başlamağı məsləhət görmürəm, bizə modifikasiya lazım deyil, dayandırın, sadəcə olaraq dayandırın

 
Avropa İttifaqının qurumlarına bu qanunun təfərrüatları və bəndləri ilə bağlı danışıqlara başlamağı məsləhət görmürəm, bizə modifikasiya lazım deyil, dayandırın, sadəcə olaraq dayandırın-bu haqda Tbilisidə səfərdə olan Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot açıqlayıb.

Rot bildirib ki, “qanunun mahiyyəti rusdur”.

“Çünki bu, etimad əlaməti deyil, etimadsızlıq əlamətidir. Bizə etibar etməyə bilərsiniz, etimad etməyiniz məcburi deyil. Çətin olduğunu deyə bilərsən, amma yaxşı, mən buna hörmət edirəm, hərçənd yekun olaraq bu çətin zamanda sizə kömək etməyə çalışan təşkilatlara, bölgədəki fəallara etimad etmirsinizsə, bu, olduqca rusca səslənir. Məhz bu səbəbdən kanslerim olduqca sadə şəkildə dedi ki, Avropa İttifaqında, Avropada belə bir qanun heç kimə lazım deyil. Bunu başa düşmək çox asandır. Avropa İttifaqının qurumlarına bu qanunun təfərrüatları və bəndləri ilə bağlı danışıqlara başlamağı məsləhət görmürəm, bizə modifikasiya lazım deyil, dayandırın, sadəcə olaraq dayandırın”-deyə Mixael Rot deyib.