Mixael Rot - Əziz gürcülər, demokratiya siyasi iştirak olmadan ölür, ona görə də xahiş edirəm, Avropayönlü partiyalara qoşulun və ya yaradın
Əziz gürcülər, demokratiya siyasi iştirak olmadan ölür, ona görə də xahiş edirəm, Avropayönlü partiyalara qoşulun və ya yaradın – bu haqda Almaniyanın Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot sosial şəbəkədə yazır.
“Azadlıq və demokratiya üçün küçələrə çıxdığınız və Avropa Gürcüstanı uğrunda mübarizə apardığınız üçün sizə təşəkkür edirəm. Siyasət çox mürəkkəb şeydir. Siyasət çirkli deyil, onu siyasətçilər çirkləndirirlər- bunu çox yaxşı bilirəm.
Buradaca qeyd edilməlidir ki, demokratiya siyasi iştirak olmadan ölür. Ona görə də xahiş edirəm, Avropayönlü partiyalara qoşulun və ya yaradın. Parlament demokratiyası fonunda siyasi dəyişikliklər uğrunda mübarizə dünyanın ən yaxşı təcrübəsidir; Gürcüstan buna layiqdir!”-Mixael Rot yazır.