Metyu Miller - Onlarla Gürcüstan vətəndaşına viza məhdudiyyəti tətbiq etmək üçün bu gün biz addımlar atırıq, birinci paket "Gürcü Arzusu"nun üzvlərini, parlamentin üzvlərini, hüquq-mühafizə orqanlarının əməkdaşlarını və fərdi şəxsləri əhatə edir
Metyu Miller - Onlarla Gürcüstan vətəndaşına viza məhdudiyyəti tətbiq etmək üçün bu gün biz addımlar atırıq, birinci paket "Gürcü Arzusu"nun üzvlərini, parlamentin üzvlərini, hüquq-mühafizə orqanlarının əməkdaşlarını və fərdi şəxsləri əhatə edir

 
Onlarla Gürcüstan vətəndaşına viza məhdudiyyəti tətbiq etmək üçün bu gün biz addımlar atırıq-bu haqda ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bugünkü brifinqdə açıqlayıb.

O, birinci paketin “Gürcü Arzusu”nun üzvlərini, parlamentin üzvlərini, hüquq-mühafizə orqanlarının əməkdaşlarını və fərdi şəxsləri əhatə etdiyini bildirib.

“Amerika Birləşmiş Ştatları “Gürcü Arzusu”nun anti-demokratik hərəkətləri, eləcə də onların son bəyanatları və ritorikasından yenə də dərin narahatdır. Bu hərəkətlər Gürcüstanın Avropa gələcəyinə təhlükə yaradır, Gürcüstan Konstitusiyasına və gürcü xalqının istəklərinə ziddir. Dövlət katibi bu yaxınlarda Gürcüstanla ikitərəfli münasibətlərə əsaslı şəkildə baxılacağını elan etdi. Bu proses çərçivəsində, Dövlət Departamenti yeni viza məhdudiyyətləri siyasətini həyata keçirmişdir, buda mənim tərəfimdən bəhs edilən hərəkətlərin həllinə yönəlib. Bu gün biz bu siyasət çərçivəsində onlarla Gürcüstan vətəndaşına-Gürcüstanda demokratiyaya zərbə vurulmasına cavabdehlik daşıyan və ya iştirakçısı olan şəxslərə və ya onların ailə üzvlərinə, toplaşmaq azadlığına zərbə vurulmasına, dinc nümayişçilərə zorakı hücumlara, vətəndaş cəmiyyətinin qorxudulmasına, qəsdən dezinformasiyanın yayılmasına cavabdehlik daşıyanlara viza məhdudiyyətinin tətbiqi istiqamətində addımlar atırıq. Viza məhdudiyyətlərinin bu, birinci paketi “Gürcü Arzusu”nun üzvlərini, parlamentin üzvlərini, hüquq-mühafizə orqanlarının əməkdaşlarını və fərdi şəxsləri əhatə edir. Ümid edirik ki, Gürcüstanın liderləri öz hərəkətlərinə yenidən baxacaq və ölkələrinin çoxdankı demokratik və Avro-Atlantik istəklərini irəli çəkmək üçün addımlar atacaqlar. Lakin bu baş verməsə, ABŞ əlavə tədbirlər görməyə hazırdır” – Metyu Miller açıqlayıb.

Sözügedən sanksiyaların neçə onlarla insana qarşı olması haqda suala, Metyu Miller “bir neçə onlarla” cavabını verib.