Metyu Miller - Avropalı müttəfiqlərimizə qoşuluruq və Gürcüstanı, vətəndaşlarının əksəriyyətinin Avropa İttifaqına inteqrasiya haqqında arzusuna zidd olan qanunvericiliyi qəbul etməməyə çağırırıq
Metyu Miller - Avropalı müttəfiqlərimizə qoşuluruq və Gürcüstanı, vətəndaşlarının əksəriyyətinin Avropa İttifaqına inteqrasiya haqqında arzusuna zidd olan qanunvericiliyi qəbul etməməyə çağırırıq

 
Avropalı müttəfiqlərimizə qoşuluruq və Gürcüstanı, vətəndaşlarının böyük əksəriyyətinin Avropa İttifaqına tam inteqrasiya haqqında arzusuna zidd olan qanunvericiliyi qəbul etməməyə çağırırıq- bu haqda ABŞ Dövlət Departamentinin saytında dərc olunmuş Dövlət Departamentinin sözçüsü Metyu Millerin bəyanatında deyilir.

Metyu Miller, Avropa İttifaqının bəyan etdiyi kimi, bu qanunun qəbulunun Gürcüstanın Avropa İttifaqına gedən yolda irəliləyişinə təhlükə yarada biləcəyini deyib.

“Gürcüstan Parlamentinin Kremldən ilhamlanmış “xarici təsir” qanunvericiliyini irəli sürmək qərarından dərin məyusluq hissi içərisindəyik. Avropa İttifaqının bəyan etdiyi kimi, bu qanunun qəbulu Gürcüstanın Avropa İttifaqına gedən yolda irəliləyişinə təhlükə yarada bilər. Avropalı müttəfiqlərimizə qoşuluruq və Gürcüstanı, vətəndaşlarının böyük əksəriyyətinin Avropa İttifaqına tam inteqrasiya haqqında arzusuna zidd olan qanunvericiliyi qəbul etməməyə çağırırıq.

Gürcüstan öz vətəndaşlarına xidmət edən və ölkənin iqtisadiyyatını yaxşılaşdırmaq üçün çalışan aktiv vətəndaş cəmiyyətinə malikdir. Qəbul ediləcəyi təqdirdə, təşəbbüsü irəli sürülmüş qanunvericilik ifadə azadlığını məhdudlaşdıra, bu faydanı Gürcüstan vətəndaşlarına gətirən təşkilatları damğalaya və yüksək keyfiyyətli məlumatın gürcülər üçün əlçatan olmasına çalışan müstəqil media təşkilatlarına əngəl ola bilər. Məqsəd şəffaflığı təşviq etməkdirsə, Kremldən ilhamlanmış bu cür qanunvericilik qeyri-müvafiqdir. Bütün tərəfləri dinc toplaşmaq hüququnu müdafiə etməyə çağırırıq” – Metyu Miller bildirib.