Metro "Varketili" tenderinə qoşulan meriya əməkdaşları işdən azad ediləcəklər
Metro "Varketili" tenderinə qoşulan meriya əməkdaşları işdən azad ediləcəklər

Tbilisinin meri Kaxa Kaladze nəqliyyat şirkətinin rəhbəri Mamuka Kobaxidzeyə tapşırdı ki, “Varketili” metrostansiyasınnı tender prosedurlarına qoşulan əməkdaşlar işdən azada edilsinlər.

“Varketili” metrostansiyasında üzücü bir fakt baş verdi. Təəssüf ki, vətəndaşlarımız zərər gördülər. Aşkardır ki, təmir işinin həyata keçirən şirkətin işində səhvlər oldu. Layihənin təhvili texniki ekspertizasız həyata keçirildi, halbuki belə inşaatlarda texniki ekspertiza mütləqdir. Bu məsələ ilə bağlı istintaq davam edir” – dedi Kaladze.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl “Varketili” metrostansiyasının tavanı düşdü və qəza nəticəsində 14 nəfər zərər gördü.