Metro maşinistlərinin tətili zamanı Tbilisidə munisipal avtobuslar pulsuz hərəkət eədəcəklər
Metro maşinistlərinin tətili zamanı Tbilisidə munisipal avtobuslar pulsuz hərəkət eədəcəklər

Metro maşinistlərinin tətili zamanı Tbilisidə munisipal avtobuslar əhaliyə pulsuz xidmət göstərəcəklər, – bu barədə Tbilisi meri, Kaxa Kaladze bəyan etdi.

“Yaranan narahatçılığa görə, Tbilisi əhalisindən üzr istəyirəm. Tətil zamanı biz qərar qəbul etdik ki, paytaxtda mövcud olan munisipal nəqliyyat (munisipal avtobusları nəzərdə tuturam) əhaliyə pulsuz xidmət göstərsin. Bununla yanaşı mövcud olan axına mövcud olan ehtiyyat da əlavə olunacaq”, – Kaxa Kaladze bəyan etdi.

Tbilisi meri metro maşinistlərini məhkəmə qərarəna tabe olmağa və dönmədən iş yerlərinə qayıtmağa çağırdı.

Metro maşinistləri bu gün səhərdən tətil etdilər. Tətilə görə metro bağlıdır. Birinci Kanalın jurnalistinin məlumatına görə, əhali “Stansiya Meydanı” metrostansiyasında, səhər saat 06:00-da, metro girişində “metro bağlıdır, xahiş edirik avtobusdan istifadə edəsiniz. Avtobuslar sizə pulsuz xidmət göstərəcəklər” yazısı ilə qarşılaşdı.

Metro maşinistləri Qldani deposu ərazisində aksiya keçirirlər.