Metexi kəndində yaşayan qadının koronavirusa yoluxması təsdiqlənib,o Tbilisinin Respublika Xəstəxanasının əməkdaşıdır
Metexi kəndində yaşayan qadının koronavirusa yoluxması təsdiqlənib,o Tbilisinin Respublika Xəstəxanasının əməkdaşıdır

 

 Kaspi Munisipalitetinin Metexi kəndinin sakininin koronavirusa yoluxması təsdiqlənib.

 Bəhsi keçən faktı Kaspi Munisipalitetinin Metexi kəndindəki nümayəndəsi ,Soso Marğişvili təsdiqləyir.

Orta yaşlı qadın Respublika Xəstəxanasında sanitar olaraq işləyirmiş.

 O, tibb bacısı klasterinə məxsusdur və Tbilisidə özünü təcrid edibmiş.

Koronavirus ilə əlaqədar o məhz Tbilisidə test olunub.

S.Marğişvilinin sözlərinə görə,hazırda Metexi kəndində yoluxmuş qadının ailəsində epidemioloqlar işləyirlər,çünki yoluxmuş qadın özünü təcrid edənədək onlarla birlikdə olub.

 XNMM-dən verilən məlumata görə, Gürcüstanda koronavirusa yoluxanların sayı 13 nəfər artıb,1 pasiyent isə sağalıb.

 

 

Hazırladı-Sevinc Mustafayeva