Media Britaniyanın Ukraynaya uzaqmənzilli qanadlı raketləri təhvil verdiyini yazır
Media Britaniyanın Ukraynaya uzaqmənzilli qanadlı raketləri təhvil verdiyini yazır

Britaniya Ukraynaya “Storm Shadow” adlı uzaqmənzilli qanadlı raketləri təhvil verib. Bu barədə “CNN” məlumat yayır.

Nəşrin verdiyi məlumata əsasən, bu növ silahın verilməsi hadisələrin gedişatını dəyişəcək, çünki qanadlı raket “Storm Shadow” 250 kilometr radiusda hədəfi məhv edə bilər.

Hazırda ABŞ-ın Ukraynaya verdiyi silahların maksimal hərəkət diapazonu təxminən 80 kilometrdir.