Mətbuat İrəvanda hökumət əleyhinə keçirilən aksiyada 286 nəfərin saxlanılmasına dair məlumat yayır
Mətbuat İrəvanda hökumət əleyhinə keçirilən aksiyada 286 nəfərin saxlanılmasına dair məlumat yayır

 

Bu gün Ermənistan paytaxtında hökumət əleyhinə keçirilən etiraz aksiyası zamanı 286 nəfər saxlanılıb. İrəvan Polisinin mətbuat xidmətinin məlumatına görə, saxlanılmalar İnzibati Xətalar Məcəlləsinin 182-ci maddəsi əsasında həyata keçirilir.

Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelianinin sözlərinə görə, İrəvanda polis idarələri artıq dolub.

Bunadək polislə etirazçılar arasında toqquşma baş verib. Erməni mətbuatının məlumatına əsasən, polis səkilərdə dayanan vətəndaşları həbs etməyə başlayıb, vətəndaşlar isə müqavimət göstəriblər. Qarabağ müharibəsində həlak olan əsgərlərin yaxınlarının Apellyasiya Məhkəməsinin yaxınlığındakı küçəni bağladıqlarına dair məlumat yayılır.