Mətbuat Finlandiya və İsveçin xarici işlər nazirlərinin NATO-ya üzvlük protokollarını imzaladığına dair məlumat yayır
Mətbuat Finlandiya və İsveçin xarici işlər nazirlərinin NATO-ya üzvlük protokollarını imzaladığına dair məlumat yayır

 

Finlandiya və İsveçin xarici işlər nazirləri NATO-ya üzvlük haqqında protokolları imzalayıblar.

Bu barədə “BBC” məlumat yayır.

Mətbuat bu sənədlərin NATO-nun 30 ölkəsi tərəfindən ratifikasiya edildikdən sonra hər iki ölkənin alyansa qoşulacağına dair məlumat yayır.

Məlumat üçün bildirək ki, iyunun 29-da Şimali Atlantika Alyansı İsveç və Finlandiyanı NATO-ya üzv olmağa rəsmən dəvət edib. Alyans liderləri bu qərarı NATO-nun Madriddə keçirilən sammitində qəbul ediblər.