Mətbuat 900-ə yaxın rus yük vaqonunun Aİ-nin sanksiyaları səbəbindən Finlandiyada saxlanıldığına dair məlumat yayır
Mətbuat 900-ə yaxın rus yük vaqonunun Aİ-nin sanksiyaları səbəbindən Finlandiyada saxlanıldığına dair məlumat yayır

 

Avropa İttifaqının tətbiq etdiyi sanksiyalara görə Finlandiyada 900-ə yaxın rus yük vaqonu saxlanılıb.

Ukrayna mətbuatı bunu Finlandiyanın Dövlət Dəmiryolu Operatorunun məlumatları və “Reuters” agentliyinin tanış olduğu Rusiya Dəmir Yolları Xidmətinin məktubunun sübut etdiyini bildirir.

Mətbuatın yazdığı üzrə, Rusiya Dəmir Yolu Xidmətinin məktubundan aprel ayında Avropa İttifaqının rus kömürünün idxalına tətbiq etdiyi sanksiyalara görə Finlandiya Dəmiryolu Operatorunun Rusiya ilə dəmir yolu əlaqələrini azaltmaq üçün tədbirlər gördüyü məlum olur. Nəticədə 865 rus vaqonu məhkəmə nəzarəti xidməti tərəfindən saxlanılıb.

Finlandiyanın Məhkəmə Nəzarəti Xidməti “Reuters” agentliyinə xeyli rus və belaruslu fiziki və hüquqi şəxsin aktivlərini, o cümlədən nəqliyyat firmalarını dondurduqlarını açıqlayıb.

Finlandiyanın Dövlət Dəmiryolu Operatorunun nümayəndəsi Finlandiya tərəfindən rus yük vaqonlarının saxlanıldığını təsdiqləyib. Media bu vaqonların Aİ-nin sanksiyalarının birbaşa təsirinə məruz qalan və ya sanksiyaların onların səhmdarlarına təsir etdiyi şirkətlərə məxsus olmasına dair məlumat yayır.