Mestiada Cənubi Qafqazın ən sürətli kanat yolu kompleksi açılıb [Video] # 1TVSPORT

 

Mestiada, Hatsvali dağında, idmançılara, turistlərə və sadəcə xizək sürmə həvəskarlarına ən müassir kanat kompleksi xidmət göstərir. On nəfərlik qondola tipli kanat saatda 1800 sərnişin daşıya bilir və bu say 2400-ə qədər artırıla bilər. Kanat yolunun uzunluğu 1421 metrdir.

Layihəni Gürcüstanın Dağ Kurortlarının İnkişafı Şirkətinin sifarişi ilə Avstriya-İsveçrə şirkəti “Doppelmayr/​Garaventa Group” həyata keçirib. Mestiadakı yeni kanat yolun sürəti 6 m/s-dir və o Cənubi Qafqazda ən sürətlidir.