Mestiada bu gün koronavirusla bağlı geniş miqyaslı testləşdirmə keçirilir
Mestiada bu gün koronavirusla bağlı geniş miqyaslı testləşdirmə keçirilir

Mestiada bu gün koronavirusla bağlı geniş miqyaslı testləşdirmə keçirilir, –  bu barədə bəyanatı Gürcüstanın baş nazirinin region idarəsi məsələləri üzrə müşaviri Sozar Subari Mestiada verdi.

Onun dediyinə görə, Mestiaya paralel olaraq, epidemioloqlar Svanetinin digər qəsəbələrində də işləyirlər.

“Dünən Svanetidə koronavirusun iki halı qeydə alındı. Turistlərin karantin zonasına keçirilməsi prosesi davam edir” – Sozar Subari.