Məşğulluğun Təşviqi üzrə Dövlət Agentliyinin və Trefikinq Qurbanlarına, Zərərçəkmişlərə Kömək üzrə Dövlət Agentliyinin nümayəndələri görüş keçiriblər

 

Məşğulluğun Təşviqi üzrə Dövlət Agentliyinin nümayəndələri Trefikinq Qurbanlarına, Zərərçəkmişlərə Kömək üzrə Dövlət Agentliyinin struktur vahidi olan Tbilisinin Zorakılıq Qurbanlarına Xidmət Böhran Mərkəzinin rəhbəri İndira Robakidze və Böhran Mərkəzinin xidmətlərinə qoşulan şəxslər ilə görüş keçiriblər.

Görüşün məqsədi Məşğulluğun Təşviqi üzrə Dövlət Agentliyinin xidmətləri və proqramları ilə tanış olmaq olub. Şəxsləri əmək bazarının idarə edilməsi üzrə informasiya sisteminə cəlb etmək, əmək bazarında onların aktivləşdirməsi və məşğulluğun təşviq edilməsi.

İkitərəfli əməkdaşlıq tək analar, zorakılıq qurbanları / zorakılığa məruz qalmış şəxsləri nəzərdə tutur.

Məşğulluğun Təşviqi üzrə Dövlət Agentliyinin Tbilisi Şəhər Mərkəzinin rəhbəri Nika İnauri bildirib ki, Dövlət Qayğı Agentliyi ilə imzalanmış memorandum çərçivəsində müvafiq qruplarla məlumat xarakterli görüşlər, onlarla məsləhətləşmələr və ehtiyyacları nəzərə alaraq onlara dövlət məşğulluğun təşviqi proqramlarının təklif edilməsi ,o cümlədən qısamüddətli təlim kursları və eyni zamanda əsaslı ixtisas treninqlərinə onların cəlb olunması planlaşdırılıb.

Görüş zamanı fərdi iş müsahibələri əsasında Böhran Mərkəzinin xidmətlərinə cəlb olunmuş şəxslər üçün müxtəlif gələcək fəaliyyətlər planlaşdırılıb.

Tbilisinin Zorakılıq Qurbanlarına Xidmət Böhran Mərkəzinin rəhbəri İndira Robakidze koordinasiyalı əməkdaşlığa hazır olduğunu bildirib. Onun sözlərinə görə, zorakılıqla mübarizədə dövlət qurumlarının əlaqələndirilmiş fəaliyyəti vacibdir. O, nəzərdə tutulan tədbirlərin effektiv şəkildə həyata keçirilməsinə fəal dəstək verəcək.

Məşğulluğun təşviqi proqramları, xidmətlər və bu xidmətlərə qoşulmaq imkanları haqqında daha çox insanın məlumat əldə etmək imkanı olması üçün informasiya xarakterli görüşlər gələcəkdə də fəal şəkildə davam etdiriləcək.