Meşəçilik Agentliyi - meşədə hərəkət edərkən diqqətli olun, yanğın təhlükəsizliyi qaydalarına əməl edin, sahələrdə, otlaqlarda və çəmənliklərdə tullantıları yandırmayın və tonqal qalamayın

 

Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin Milli Meşəçilik Agentliyi xəbərdarlıq yayır. Agentlik əhalini meşədə hərəkət edərkən diqqətli olmağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, kənd təsərrüfatı sahələrində, otlaqlarda və çəmənliklərdə tullantıları yandırmamağa və tonqal qalamamağa çağırır.

“Gürcüstanın bütün ərazisində gözlənilən yüksək temperatur səbəbindən yanğın əmələ gəlməsi riski artır. Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin Milli Meşəçilik Agentliyi əhalini meşədə hərəkət edərkən xüsusilə diqqətli olmağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, vətəndaşları şəxsi mülkiyyətində olan kənd təsərrüfatı sahələrində, otlaq və çəmənliklərdə tullantıları yandırmamağa və tonqal qalamaqdan çəkinməyə çağırır.

Qlobal iqlim dəyişikliyi səbəbindən Gürcüstanda yağıntıların miqdarı əhəmiyyətli dərəcədə, 20-40 faiz azalıb.

Tez -tez baş verən yanğınlar iqlim dəyişikliyinin ağır nəticələrindən biridir. Gürcüstanda bütün qış boyu davam edən uzunmüddətli yağmursuz dövr səbəbiylə meşələrdə yanğın riski xüsusilə yüksəkdir – torpaq və ot örtüyü quruyub ki, bu da yanğınların yaranmasını , eləcə də sürətlə yayılmasını təşviq edir.

Gürcüstanın İnzibati Xətalar Məcəlləsinə əsasən, meşələrdə yanğın təhlükəsizliyi tələblərinin pozulması, yəni meşələrdə yanğın və ya müəyyən bir ərazidə onun yayılması , eləcə də od vuraraq və ya odla diqqətsiz davranış nəticəsində meşənin məhv edilməsi 100 laridən 200 lariyədək cərimələnməni nəzərdə tutur. Meşə və ya əkin sahəsinə od vurulması nəticəsində ziyan vurulması və ya məhv edilməsi 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur; Əgər ziyan 1000 lari məbləğində olarsa, cinayət işi başladılır”, – deyə Meşəçilik Agentliyindən bildiriblər.

Eləcə də bu gün Fövqəladə Halların İdarəedilməsi Xidməti , bir həftə ərzində temperaturun kəskin yüksələcəyi, meşə və çöl yanğınları riskinin artacağı ilə bağlı xəbərdarlıq edib. Fövqəladə Halların İdarəedilməsi Xidməti olaraq sizlərə müraciət edirik, yüksək vətəndaşlıq məsuliyyəti göstərin, kənd təsərrüfatı torpaqlarında, meşə və ya çöl yaxınlığında ocaq qalamayın və yanğın ocaqlarını nəzarətsiz qoymayın.
Məişət tullantılarının öz-özünə alovlana biləcəyi nəzərə alınmalıdır, müvafiq olaraq, ətraf mühiti çirkləndirməyin.
Tüstü və ya yanğın qeydə alsanız dərhal Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizliyi İdarəetmə Mərkəzinə ,112-yə xəbər verin ”, – deyə qurumdan bildirilib.