Meşə xidmətinin əməkdaşları Ambrolauridə, Tluği kəndində taxta-şalbanın qanunsuz şəkildə əldə edilməsi və daşınması faktını aşkar ediblər
Meşə xidmətinin əməkdaşları Ambrolauridə, Tluği kəndində taxta-şalbanın qanunsuz şəkildə əldə edilməsi və daşınması faktını aşkar ediblər

Raça-Leçxumi-Kvemo Svaneti Meşə Xidmətinin əməkdaşları Ambrolauridə, Tluği kəndində dövlət meşəsi ərazisində taxta-şalbanın qanunsuz şəkildə əldə edilməsi və daşınması faktını aşkar ediblər.

Milli Meşə Agentliyinin məlumatına görə, qaydanı pozan 6 kubmetrə qədər iynəyarpaqlı taxta-şalbanı tırtıllı nəqliyyat vasitəsilə emal üçün qeydiyyatda olan ağac emalı və taxta sexinə aparırmış.

“Qeydiyyatda olan ağac emalı və taxta sexi və tırtıllı avtomobil möhürlənib; Qeyri-qanuni əldə edilmiş taxta-şalban Ambrolaurinin “işgüzar həyətinə” köçürülüb. Materiallar əlavə cavab verilməsi üçün aidiyyəti qurumlara göndəriləcək” – Milli Meşə Agentliyindən bildirilib.