Mərkəzi Seçki Komissiyası ISO 9001:2015 çərçivəsində növbəti beynəlxalq nəzarət auditindən uğurla keçdi
Mərkəzi Seçki Komissiyası ISO 9001:2015 çərçivəsində növbəti beynəlxalq nəzarət auditindən uğurla keçdi

 
Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin idarə olunması sahəsində növbəti beynəlxalq nəzarət auditindən uğurla keçdi. MSK-nın mətbuat xidmətinin məlumatında qeyd edildiyi üzrə, beynəlxalq keyfiyyəti idarəetmə standartı ISO 9001:2015 çərçivəsində aparılan audit iki mərhələdə həyata keçirilib.

“ISO standartının tələblərinə uyğunluğun müəyyən edilməsi məqsədilə 2024-cü ilin mayında MMC “İdarəetmə Sistemləri”nin auditoru tərəfindən daxili audit, iyunda isə beynəlxalq auditorlar tərəfindən distant rejimdə nəzarət auditi həyata keçirilib. Hər iki növ üzrə audit uğurla başa çatdı və MSK əldə etdiyi beynəlxalq sertifikatı qoruyub saxladı.

Audit nəticəsində administrasiyanın məqsədləri, vəzifələri, monitorinqi və hesabdarlığının keyfiyyəti idarəetmənin tələb etdiyi bütün standartlara uyğun olduğu bir daha təsdiqləndi. Auditin hesabatında qeyd edildiyi kimi: “Seçki prosesində daim yeniliklər tətbiq edilir və maraqlı tərəflərə davamlı olaraq keyfiyyətə köklənmiş, şəffaflıq yönümlü xidmətlər göstərilir. Qeyd edilməlidir ki, qurum daim təkmilləşdirmənin qayğısına qalır və bir sıra innovativ layihələr həyata keçirir”.

Mərkəzi Seçki Komissiyası 2019-cu ildə ISO sertifikatını alıb və bununla da MSK-nın beynəlxalq keyfiyyəti idarəetmə standartı ISO 9001:2015-in tələblərinə tam uyğun olduğu təsdiqləndi” – Mərkəzi Seçki Komissiyasının məlumatında qeyd olunub.