"Məni öldürmə" (#ნუმომკლავ) hərəkatının üzvləri iqtidar administrasiyasının yanına 200-ə qədər köhnə ayaqqabı gətirdilər

“Məni öldürmə” (#ნუმომკლავ) adlı gənclər hərəkatının üzvləri iqtidar administrasiyasının yanına 200-ə qədər köhnə ayaqqabı gətirdilər.

Onlar bu şəkildə, dekabr ayında öldürülən yeniyetmələrin cinayət faktının istintaqını etiraz edirlər.

Aksiya iştirakçıları iqtidar tərkibinin istefasını tələb edirlər.

“Biz iqtidar nümayəndələrinə xatırlatmaq istəyirik ki, iyunun 10-a qədər istefa etməsələr, onları bu köhnə ayaqqablar kimi dəyişdirəcəyik” – deyirlər hərəkatın nümayəndələri.

“Biz Saralidze və Maçalikaşvilinin öldürülməsində və bu işlərin istintaq prosesində sistem cinayətlərini açıq şəkildə görürük və bunlara bir dəfəlik son qoyulmalıdır” – dedi hərəkatın nümayəndəsi Tite Gedenidze.