Məktəblərin daxili və xarici perimetrində video kameraların quraşdırılması məcburi olacaq
Məktəblərin daxili və xarici perimetrində video kameraların quraşdırılması məcburi olacaq

Məktəblərdə təhlükəsizliyin təmin edilməsi məqsədi ilə, daxili və xarici perimetrində video kameraların quraşdırılması məcburi olacaq, – qeyd olunan dəyişikliyi “Ümumi Təhsil haqqında” Gürcüstan qanunun layihəsi nəzərdə tutur.

Daxili İşlər Nazirliyi və Təhsil və Elm Nazirliyi mandatur xidmətinin islahatı barəsində bu gün müzakirə edəcəklər.

Dəyişikliyə əsasən, vedokameralar məktəbin bütün ərazisinin və xarici perimetri əhatə edəcək.

Bundan başqa təchiz edilmə prossesi mərhələ şəklində aparılacaq və Gürcütanda bütün məktəbləri əhatə edəcək. Kameraların artıq mövcud mövcud olan məktəblərdə onların durumu yoxlanacaqdır və lazım olduğu təqdirdə onlar sayı artırılacaqdır. Videokameralara nəzarətçiliyi mandatur xidməti həyata keçirəcək.

Həmçinin, dəyişikliklərə uyğun olaraq, məktəbdə şağirdlər arasında münaqişənin neytrallaşdırılması və münaqişənin mətkəbdən kənar davam etməməsi məqsədi ilə, məktəb mandaturunun şagirdi dayandırma, valideyn və, hüquq pozuntusu zamanı isə polisi məlumatlandırma öhdəliyi olacaq

Həmçinin edilən dəyişikliyə əsasən, bu vəzifəyə təyin olunmaq üçün artıq ali təhsili tələb olunur.