Gürcüstan miqyasında dövlət və özəl məktəblərdə tətillər 2021-ci ilin dekabrın 30-dan başlayacaq və tədris prosesi 2022-ci ilin yanvarın 17-də bərpa olunacaq. Bu barədə Gürcüstanın Birinci Kanalına Təhsil Nazirliyindən məlumat verilib.
Uşaq bağçalarına gəlincə, Tbilisinin Uşaq Bağçalarının İdarəedilməsi Agentliyindən verilən məlumata görə, onlar dekabrın 30-da işləyəcəklər, tətil isə dekabrın 31-dən başlayacaq. Uşaq bağçaları məktəblər kimi, 2022-ci ilin yanvarın 17-dən fəaliyyətini bərpa edəcək.