Məktəb mandaturunun şagirdi dayandırma, hüquq pozuntusu zamanı isə polisi məlumatlandırma öhdəliyi olacaq
Məktəb mandaturunun şagirdi dayandırma, valideyn və, hüquq pozuntusu zamanı isə polisi məlumatlandırma öhdəliyi olacaq, – qeyd olunan dəyişikliyi “Ümumi Təhsil haqqında” Gürcüstan qanunun layihəsi nəzərdə tutur.
Bundan başqa, layihəyə əsasən mandatur daha da müstəqil və yüksək ligitimliyi olan xidmət olur. Mandatur vəzifəyə məktəb direktoru tərəfindən deyil, mandatur xidməti tərəfindən təyin olunacaq. Mnadatur xidmətinin rəhbərinin isə Təhsil naziri təyin edir.
Həmçinin edilən dəyişikliyə əsasən, bu vəzifəyə təyin olunmaq üçün artıq ali təhsili tələb olunur.
Bundan başqa, yaş həddi də 21-ə qədər artırılır. Onların yenidən hazırlanmaları qaydaları da dəyişir. Hazırlanma kursunun müddəti da uzadılır.