Məktəb direktoru - qətlə görə axtarılanın yerini ailəsi bilmir
Məktəb direktoru - qətlə görə axtarılanın yerini ailəsi bilmir

Birinci eksperimental məktəbin direktoru Xatuna Barabadzenin məlumatına görə, Tbilisidə, Xorava küçəsində baş verən qətl işi üzrə yaxalanan və axtarışda olan həddi büluğa çatmayanlar onun məktəbinin şağirdləri deyillər.

Direktorun Birinci Kanala bildirdiyinə görə, iş ilə əlaqədar hüquqmühafizəçilər onunla əlaqə saxlamayıblar və sorğuya çağırmayıblar.

Elə onun məlumatına görə, yaxalanan Q.B. ittihamı etiraf etmir.

Axtarışda olan şəxsə gəldikdə isə, direktorun dediyinə görə, ailəsi onun harada olduğunu bilmir.

Xorava küçəsində qəsdən qətl itthamı ilə 2001-ci il doğumlu şəxsi yaxaladılar.

DİN-nin məlumatına görə, Tbilisidə, Xorava küçəsində dekabrın birində, həddi büluğa çatmayanlar arasında dalaş baş verdi. İlkin məlumata görə, mübahisə zamanı, soyuq silahla 2001-ci il doğumlu D.S. və 2001-ci il doğumlu L.D. yaralandı.

Yaralanan gənclərdən biri, xəstəxanaya çatdırılana qədər dünyasını dəyişdi.

Keçirilmiş operativ-axtarış və istintaq tədbirləri nəticəsində, 2001-ci il doğumlu Q.B-nı qəsdən qətl ittham ilə yaxaladı. Güman edilən cinayətkar müəyyən edilibdir və onun yaxalanması üçün operativ-axtarış və istintaq tədbirləri həyata keçirilir

İstintaq, qəsdən qətl faktı üzrə həyata keçirilir (GCM-nin 109-cu maddəsi).