Mecvrisxevi kəndi yaxınlığında işğal olunmuş ərazidə qanunsuz saxlanılan azyaşlı Gürcüstan vətəndaşı azadlığa buraxılıb
Mecvrisxevi kəndi yaxınlığında işğal olunmuş ərazidə qanunsuz saxlanılan azyaşlı Gürcüstan vətəndaşı azadlığa buraxılıb

 

Bu ilin noyabrın 1-də Mecvrisxevi kəndi yaxınlığında işğal olunmuş ərazidə Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz saxlanılan azyaşlı Gürcüstan vətəndaşı azaddır və mərkəzi hökumətin nəzarətində olan ərazidədir-bu barədə məlumatı Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətində təsdiq edirlər.

“Qanunsuz saxlanılma ilə bağlı məlumat daxil olan kimi dərhal “qaynar xətt” işə salınıb və mərkəzi hakimiyyətin sərəncamında olan bütün mexanizmlər aktivləşdirilib. Məlumat Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrləri və beynəlxalq tərəfdaşlarımızla paylaşılıb.

Gürcüstanın işğal olunmuş bölgələrində və işğal xətti boyunca həyata keçirilən bütün destruktiv hərəkətlərə görə məsuliyyət işğalçı qüvvənin üzərinə düşür.

Mərkəzi hakimiyyət beynəlxalq tərəfdaşlarla birlikdə istər işğal olunmuş Sxinvali bölgəsində, istərsə də işğal olunmuş Abxaziyada qanunsuz həbsdə olan bütün şəxslərin azad edilməsi üçün aktiv fəaliyyətini davam etdirir” – deyə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətində bildirirlər.