Məcburi köçkünlərin və ekomiqrantların sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədi ilə proqram başladılıb
Məcburi köçkünlərin və ekomiqrantların sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədi ilə proqram başladılıb

 

Məcburi köçkünlər, Ekomiqrantlar və Yaşayış Vasitələri ilə Təmin Etmə Agentliyi “İqtisadi Agentin Dəstək Proqramı” çərçivəsində müraciətlərin qəbuluna başlayıb.

Məcburi Köçkünlər Agentliyindən verilən məlumata görə, proqramın məqsədi məcburi köçkünlərin və ekomiqrantların sahibkarlıq fəaliyyətinin təşviq edilməsi və yeni iş yerlərinin yaradılmasına xidmət edir. Sahibkarlıqla məşğul olan məcburi köçkünlər və ekomiqrantların işlərini genişləndirmələrini dəstəkləmək üçün onları 7500 lari ilə maliyyələşdirəcəklər. Ümumilikdə, qrantı ən azı bir məcburi köçkün və ya ekomiqrantı işə götürmək öhdəliyi götürəcək 26 sahibkara verəcəklər.

“Bu mərhələdə Sameqrelo-Zemo Svaneti, İmereti, Şida Kartli, Kvemo Kartli və Mtsxeta-Mtianeti bölgələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlər proqramda iştirak edə bilərlər. Proqrama ərizə qəbulu fevralın 25-dək davam edəcək.

Biznes plan əlavə sənədlərlə birlikdə Agentliyin ərazi xidmətlərində qəbul ediləcək: Tbilisi, Tamaraşvili küç. N15a; Qori, Sameba küç. N1; Rustavi, Kostava küç. N20; Kutaisi, Abaşidze pr. N27; Zuqdidi, Ağmaşenebeli küç. N106.

Biznes planı və əlavə sənədləri Agentliyin [email protected] elektron postuna da göndərmək olar.

Proqram, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi ( BMZ) adından, Gürcüstanın İşğal altındakı ərazilərindən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi ilə birgə əməkdaşlıqla həyata keçirdiyi “Cənubi Qafqazda həssas vəziyyətdə olan məcburi köçkünlərin və yerli əhalinin iqtisadi və sosial inteqrasiyasının təşviqi” (EPIC) layihəsinin dəstəyi ilə icra edilir” – deyə Məcburi Köçkünlər Agentliyindən bildirilib.