Məcburi köçkün ailələri üçün kənd yerlərində evin satın alınması məsələsi ilə bağlı komissiya işlərə başlayıb
Məcburi köçkün ailələri üçün kənd yerlərində evin satın alınması məsələsi ilə bağlı komissiya işlərə başlayıb

 

Məcburi köçkünlərin məsələlərini öyrənən komissiya məcburi köçkün ailələri üçün kənd yerlərində evin satın alınması məsələsi ilə bağlı işlərə başlayıb.

Məcburi Köçkünlər Agentliyindən verilən məlumata görə, hazırkı mərhələdə komissiya 500-ə qədər məcburi köçkün ailəsinin müraciətini uzunmüddətli yerləşdirmə meyarlarına uyğun müzakirə edəcək.

Komissiyanın işi başa çatdıqdan sonra məcburi köçkün ailələrinin siyahısı agentliyin veb saytında dərc olunacaq. Məcburi köçkün ailələrinə satın alınası evi təqdim etmələri üçün altı ay vaxt veriləcək.

Məcburi köçkün ailələri “Kənd evi” layihəsində iştirak etmək üçün istənilən vaxt müraciət edə bilərlər. Komissiyanın iclasları hər ay keçiriləcək.

2022-2024-cü illərdə agentlik 5000 məcburi köçkün ailəsi üçün kənd evi alacaq.