Məhkum tələbələr üçün rəqəmsal universitet yaradılacaq

 

Ədliyyə Nazirliyinin təşəbbüsü ilə məhkum tələbələr üçün rəqəmsal universitet yaradılacaq.

Ədliyyə nazirinin sözlərinə görə, innovativ idea, universitetlər üçün elektron platforma yaratmağı nəzərdə tutur, bu platforma xüsusi qayğıya ehtiyyacı olan tələbələrə rəqəmsal xidmətlər təqdim edəcək .

Rati Breqadze, məhkumlar üçün rəqəmsal universitetin yaradılmasına dair nazirliyin 10 illik planının təqdimatından danışıb.

Nazirin sözlərinə görə, rəqəmsal universitet məhkumlar arasında ali təhsilə alma imkanını və marağını artıracaqki, bu da onların reabilitasiyasına və yenidən sosiallaşmasına kömək edəcək.

” Universitetlərlə əməkdaşlıqla rəqəmsal universitet sentyabr ayında fəaliyyətə başlayacaq və bu, məhkum tələbələrin tam təhsil almasına imkan yaradacaq” – deyə Rati Breqadze bildirib.

Rəqəmsal universitet məhkum tələbələrə fərdi məşğələ imkanı verəcək. Onlar onlayn dərslərə qatıla biləcəklər; Lektorlarla interaktiv kommunikasiya quracaqlar.