Məhkəmə Zviad Ratianiyə 2000 lari məbləğində cərimə kəsdi
Məhkəmə Zviad Ratianiyə 2000 lari məbləğində cərimə kəsdi

Tbilisi Şəhər Mıhkəməsinin bugünki prosesində, hakim şair Zviad Ratianiyə, hər iki ittihamnamə əsasında, 2000 lari məbləğində cərimə kəsdi.

İttiham edən tərəf Ratianiyi qarşı inzibati məcəllənin iki maddəsini (166-cı və 173-cü) pozmaqla suçlayırdı. Qeyd olunan maddələr kiçik xuliqanlıq və polisə qarşı müqaviməti nəzərdə tutur.

Daha öncəki məhkəmə iclasında, Zviad Ratianinin polislər tərəfindən həbs edildiyi zaman çəkilən video-material müzakirə olundu. Daha sonra isə, patrul polisinin əməkdaşları sorğulandılar.

Zviad Ratiani iddia edir ki, polis əməkdaşları onu həbs edən zaman döyüblər.

Patrul polisini əməkdaşları isə, bəyan edirlər ki, vətəndaş Ratiani alkohol təsiri altındaydı və polis daxil olmaqla hərkəsə söyürdü və qeyri-senzur kəlimələrdən istifadə edirdi.