Məhkəmə yeniyetmələrin trefikingində ittiham edilən şəxslərə qarşı cəza tədbirləri haqqında müzakirə aparır [Foto]
Məhkəmə yeniyetmələrin trefikingində ittiham edilən şəxslərə qarşı cəza tədbirləri haqqında müzakirə aparır [Foto]

Tbilisi Şəhər Məhkəməsində yeniyetmələrin trefikingində ittiham edilən ər-arvada qarşı tətbiq ediləcək cəza tədbiri müzakirə edilir.

Hakim Arçil Kalatozişvili prokurorun vasitəçiliyini qəbul etdi və iclası bağı keçirdi, çünki orada az yaşlı uşaqlar haqqında müzakirə aparılır.

Proses başlayana qədər küçədə diləndirilən uşaqlardan birinin anası bəyan etdi ki, onun uşaqların kimsə zorakılıq etməyib və öz istəkləri ilə dinlənçilik edirdilər. Onun dediyinə görə, uşaqlarının dilənçilik etdiyi haqqında xəbəri var idi.

“Dilənən uşaqların arasında mənim uşaqlarım da var. Kirayə ilə yaşayırıq, mən xəstəyəm və onlara küçədə dilənmələrini mən dedim. Onlar dilənərək, yemək pulu tapırdılar. Mənim özüm də dilənirəm, bizə kimsə zorakılıq etməyib” – dedi qadın (M.L)

Vəkil Maia Ustaraşvili bəyan edir ki, həbs edilən şəxlər susmaq haqqından istifadə edirlər. Vəkilin dediyinə görə, onlar özlərini suçlu hesab etmirlər və trefikinqlə heç bir əlaqələrinin olmadığını bəyan edirlər.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi yeniyetmələrin trefekingi ilə ittiham ər-arvadı bugün həbs etdi.

Həbs edilənlər 1957-ci il təvəllüdlü P.M. və onun həyat yoldaşı, 1959-cu il təvəllüdlü A.M.-dır.

Qeyd olunan cinayət 17-20-dən ilə qədər həbs cəzasını nəzərdə tutur.

İstintaq nəticəsində məlum oldu ki, ər-arvad kiçik yaşda uşaqları, təhdid edərək, Tbilisinin müxtəlif küçələrində və əsasən də Pekini küçəsindəki işıqförlərin yanında dilənçilik etməyə məcbur edirdilər.