Məhkəmə Myvideo.ge-yə Dünya Futbol Çempionatının matçlarının translyasiyasını qadağan etdi
Tbilisi Şəhər Məhkəməsinin Vətəndaş Kollegiyasının qərarı ilə, Myvideo.ge portalına Dünya Futbol Çempionatının matçlarının translyasiyası qadağan edildi.
Qeyd olunan qərar dərhal yerinə yetirilməlidir. Bugündən etibarən, Myvideo.ge portalında Dünya Çempionatının Matçlarının translyasiyası qadağandır.
Məhkəməyə bu tələblə Brinci Kanal müraciət etdi.
Milli Komunikasiyalar Komisiyası Myvideo.ge portalına öncə bu haqda yazılı şəkildə xəbərdarlıq verdi və portal Dünya Çempionatı Matçlarının qeyri-qanuni translyasiyası üçün 3 000 lari ilə cərimələndi.
Buna rəğmən, Myvideo.ge bugünə qədər matçların translyasiyasına davam edirdi.