Məhkəmə insan oğurlamaq suçu ilə həbs edilən şəxslərə qarşı qətimkan tədbiri olaraq həbs cəzası verdi
Məhkəmə insan oğurlamaq suçu ilə həbs edilən şəxslərə qarşı qətimkan tədbiri olaraq həbs cəzası verdi

Məhkəmə gənc adamı oğurlamaq suçu ilə həbs edilən şəxslərə qarşı qətimkan tədbiri olaraq həbs cəzası verdi

Qeyd olunan məsələ ilə bağlı həbs edilən 10 nəfərdən üçünə qarşı prokurorluq ittiham irəli sürməmişdi.

Vəkillərin bəyan etdiklərinə görə, müvəqqəti yerləşdirilmə təcridxanasından dünən Otar Geladze, Nika Kavtaradze və Marina Esadze azad edildilər.

Vəkillərin dediyinə görə, qeyd olunan şəxslərin suçlarını təsdiqləyən dəlillər tapılmadı.

Digər ittiham edilən şəxsin vəkili isə bəyan edir ki, onun müvəkkili susmaq haqqından istifadə edir və suçunu etiraf etmir.

Aleksandre Amirxanaşvili istisna etmir ki, onun müvəkkilidə qaçırdılmışdı və bu işdə sadəcə qurban ola bilər.

Vəkil bu versiyanın digər detalları haqqında danışmır.

Onun məlumatına görə, T.K-yı Tsxaltuboda həbs etdilər.

İnsan qaçırmaq suçu ilə 10 nəfərlik cinayət qrupu oktyabrın 18-də həbs edildi. Qeyd olunan cinayət 9-dan 14 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Polis qaçırdılan gənci müvəffəqiyyətli xüsusi əməliyyat nəticəsində azad etdi və ailəsinə qaytardı.

Mövcud olan məlumata görə, cinayəti ər-arvad planlaşdırmışdı.

Onlar Moskvada yaşayırlarvə Gürcüstana bir həftə bundan öncə gəldilər.