Məhkəmə Co Baydenin oğlu Hanter Baydeni təqsirli bilib
Məhkəmə Co Baydenin oğlu Hanter Baydeni təqsirli bilib

 
Andlılar məhkəməsi ABŞ Prezidentinin oğlu Hanter Baydeni hər üç ittiham üzrə təqsirli bilib.

Bu barədə məlumatı “CNN” yayır.

Hanter Baydeni 25 ilədək həbs cəzası və 750 000 dollar məbləğində cərimə gözləyir.

“CNN”in yazdığı kimi, Hanter Bayden keçmişdə mühakimə olunmadığı üçün ödəniləcək cərimə daha az ola bilər.

Hanter Bayden 2018-ci ildə “Colt” tipli revolver satın alarkən artıq narkotik vasitədən istifadə etmədiyi ilə bağlı rəsmi sənədlərdə yalan danışıb. Daha bir ittiham prezidentin oğlunun silah saxlayarkən narkotikdən istifadə etməsi ilə bağlıdır. ABŞ federal qanununa əsasən, narkotik istifadəçisinin odlu silaha sahib olması cinayət sayılır.