Məhkəmə Badri Esebua barəsində 13 il müddətinə həbs qərarı çıxarıb
Məhkəmə Badri Esebua barəsində 13 il müddətinə həbs qərarı çıxarıb

Zuqdidi rayon məhkəməsi Gürcüstan Bankının Zuqdididəki filialına hücumda təqsirləndirilən Badri Esebua barəsində 13 il müddətinə həbs qərarı çıxarıb.

Prokurorluq cinayətə görə maksimum müddət- 15 il həbs istəyirdi, lakin hakim Eka Bebia, Badri Esebua barəsində 13 il müddətinə həbs qərarı verdi.

Badri Esebua 21 oktyabr 2020-ci il tarixində Gürcüstan Bankının Zuqdidi filialına hücum etməkdə ittiham olunur. Bu iş üzrə, 27 noyabr 2020-ci il tarixində Esebuaya Cinayət Məcəlləsinin 323-cü maddəsinin birinci hissəsi (terror aktı), Cinayət Məcəlləsinin 329-cu maddəsinin birinci hissəsi (terror məqsədi ilə girov götürmə) ilə qiyabi ittiham irəli sürülüb. Həmçinin, Cinayət Məcəlləsinin 150-ci maddəsinin birinci hissəsi (məcbur etmə) və Mülki Məcəllənin 236-cı maddəsinin 3 və 4-cü hissələri (qanunsuz olaraq odlu silah, döyüş sursatı və partlayıcı qurğu əldə etmə, saxlama, gəzdirmə) ilə də ittiham irəli sürülüb, bu da 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur. Təqsirləndirilən şəxsin özü cinayəti etiraf etmir.

Müdafiə tərəfi hökmdən Apellyasiya Məhkəməsində apellyasiya şikayəti verəcək.

Badri Esebua 2023-cü ilin fevralın 8-də saxlanılıb.