Məhbusların vaksinasiyası başladı
Məhbusların vaksinasiyası başladı

Koronavirusun yayılmasının prevensiyası məqsədi ilə, xüsusi penitensiar xidmət, xəstəliklər nəzarəti və ictimai sağlamlıq milli mərkəzinin (NCDC) və Səhiyyə Nazirliyinin dəstəyi ilə, məhbusların könüllü imunizasiya prosesi başladı.

Xüsusi penitensiar xidmətinin rəhbəri Nika Tsxvaraşvilinin bəyanatına görə, sistem bir ildən artıqdır, effektiv şəkildə virusun penitensiar müəssisədə yayılması ilə mübarizə aparır.

Onun dediyinə görə, necə məhbusların, eləcədə cəza müəssisəsində işləyən insanların virusdan qorunması üçün imunizasiya prosesi mütləqdir.

Vaksinasiya prosesi ilk mərhələdə üç penitensiar müəssisədə – N14 (Gequti) N8 (Qldani) və N5 (qadın həbsxanası) başlayacaq və mərhələ şəklində Gürcüstanıən bütün penitensiar müəssisələrini əhatə edəcək.