Medyanın məlumatına görə, işğal edilən Abxaziya ərazisində koronavirusun 65 yeni halı qeydə alındı, bir pasient isə, həyatını itirdi

Abxaz medyasının məlumatına görə, ötən gecə-gündüz ərzində,işğal edilmiş ərazidə 332 nəfərə test keçirildi və 65 nəfərdə koronavirus təsdiqləndi.

Məlumata görə, kovid mərkəzlərində 102 pasient müalicə olunur, onlardan 12-sinin vəziyyəti ağırdır.

Qaqra rayon xəstəxanasında bir infeksiyalı həlak oldu, 84 yaşlı qadın.

Abxaziyada ümumilikdə koronavirusdan həlak olanların sayı 221-dir.

Bununla yanaşı, Abxaziyada pandemiyanın başladığı gündən bu günə qədər, koronavirusun 14 247 halı qeydə alındı, onların arasında 13 375 infeksiyaya yoluxmuş pasient sağaldı.