Medianın yaydığı məlumatda, Aİ ölkələrinin nümayəndələrinin Avropa Komissiyasının qaz istehlakını azaltmaq planı ilə bağlı ümumi razılığa gəldiyi, lakin bir sıra istisnaların olacağı deyilir
Medianın yaydığı məlumatda, Aİ ölkələrinin nümayəndələrinin Avropa Komissiyasının qaz istehlakını azaltmaq planı ilə bağlı ümumi razılığa gəldiyi, lakin bir sıra istisnaların olacağı deyilir

 
Aİ ölkələrinin nümayəndələri Avropa Komissiyasının qaz istehlakını azaltmaq planı ilə bağlı ümumi razılığa gəliblər, lakin bir sıra istisnalar olacaq-bu barədə Almaniyanın “Spiegel” nəşri məlumat yayır .

Nəşr tərəfindən yayılan məlumatda, razılaşmanın bu gün Brüsseldə energetika nazirlərinin xüsusi iclasında rəsmi şəkildə təsdiqlənməli olduğu deyilir.

Medianın yazdığı üzrə, razılaşma rus qazının tədarükünün tamamilə dayandırılması ilə əlaqədar yarana biləcək riskləri azaltmalıdır. Avropa Komissiyası tərəfindən təklif edilmiş plan 2022-ci il avqustun 1-dən 2023-cü il martın 31-dək, milli istehlakın könüllü olaraq 15 faiz azaldılmasını nəzərdə tutur.

Media Komissiyanın ilk layihəsi ilə müqayisədə bir çox mümkün istisnaların ola biləcəyinə dair məlumat verir. İstisnalar həmçinin, Kipr, Malta və İrlandiya kimi ölkələrdən digər üzv dövlətin qaz şəbəkəsinə birbaşa qoşulana qədər qaza qənaət edilmənin tələb olunmamasını nəzərdə tutmalıdır.

İspaniya, Portuqaliya, Yunanıstan, İtaliya, Fransa və Polşa qaz istehlakının azaldılması təşəbbüsünə qarşı çıxıblar.