Medianın yaydığı məlumata əsasən, Yerusəlim və Təl-Əvivdə raket hücumuna işarə edən siqnal eşidilib
Medianın yaydığı məlumata əsasən, Yerusəlim və Təl-Əvivdə raket hücumuna işarə edən siqnal eşidilib

 

Yerusəlim və Təl-Əvivdə raket hücumuna işarə edən siqnal eşidilib. Bu barədə yerli media məlumat yayır. Məlumatda bildirilir ki, terrorçular İsrail şəhərləri istiqamətində uzaqmənzilli raketlər atırlar.

Hazırda dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Raket hücumu ilə eyni vaxtda Knessetin iclası davam edirdi, lakin qeyd olunan vəziyyətlə əlaqədar deputatlar və iclasın digər iştirakçıları sığınacaqlara yerləşdiriliblər.