Medianın yaydığı məlumata əsasən, Ukrayna xaricdə yaşayan və hərbi xidmətə çağırışın şamil edildiyi 18-60 yaş arası kişilər üçün konsulluq xidmətlərini məhdudlaşdırır
Medianın yaydığı məlumata əsasən, Ukrayna xaricdə yaşayan və hərbi xidmətə çağırışın şamil edildiyi 18-60 yaş arası kişilər üçün konsulluq xidmətlərini məhdudlaşdırır

 
Ukrayna xaricdə yaşayan 18-60 yaş arası kişilər üçün konsulluq xidmətlərini məhdudlaşdırır. Bu haqda Ukrayna mediası xəbər verir.

Nəşrin məlumatında, aprelin 23-dən xaricdə olan kişilər üçün konsulluq xidmətlərinin məhdudlaşdırılacağı deyilir. Ukrayna mediasının yaydığı məlumata əsasən, onlar tərəfindən əldə edilmiş ölkənin Xarici İşlər Nazirliyinin fərmanında deyilir ki, konsulluq xaricdə yaşayan və hərbi xidmətə çağırışın şamil edildiyi ukraynalı kişilərə yalnız vətənə qayıtmaq üçün lazım olan sənədləri verəcək. Sözügedən məlumat hələlik Ukrayna hökuməti tərəfindən rəsmən təsdiqlənməyib. Medianın yaydığı məlumata əsasən, Ukraynanın Xarici İşlər Nazirliyinin fərmanında izah edilib ki, məhdudiyyət ölkədə səfərbərliyin sərtləşdirilməsi haqda qanunun qüvvəyə minməsi ilə bağlı əlavə izahatlar qəbul edilənə qədər qüvvədə qalacaq.

Məlumat üçün bildirək ki, aprelin 11-də Ukraynanın Ali Radası səfərbərliyin sərtləşdirilməsi haqqında qanun qəbul edib. Sonra qanun Ukrayna Prezidenti tərəfindən imzalanıb və may ayının ortalarında qüvvəyə minməlidir.