Medianın yaydığı məlumata əsasən, İsrailin Qəzza sektoruna endirdiyi aviazərbələr nəticəsində dağıntılar altında 1000-dən çox insan axtarılır
Medianın yaydığı məlumata əsasən, İsrailin Qəzza sektoruna endirdiyi aviazərbələr nəticəsində dağıntılar altında 1000-dən çox insan axtarılır

 
İsrailin Qəzza sektoruna endirdiyi aviazərbələr nəticəsində dağıntılar altında 1000-dən çox insan axtarılır.

Bu barədə “Al Jazeera” Fələstin Mülki Müdafiə Qrupuna istinadən məlumat yayır. Yayılmış məlumata əsasən, axtarış-xilasetmə əməliyyatı zamanı yaralılar və həlak olmuş insanlar tapılıb.

İsrailin aviazərbələri nəticəsində Qəzza sektorunda 2670-dən çox insan həlak olub, azı 9600 nəfər yaralanıb. Həmçinin, İsrailin bombardmanlarından sonra Qəzzanın şimalında ən azı dörd xəstəxananın artıq fəaliyyət göstərmədiyi barədə məlumat yayılır.