Medianın məlumatına görə, Türkiyə-Rusiya nümayəndə heyətlərinin görüşündə, Ukrayna limanlarında ticarət gəmilərinin blokadadan çıxarılması məsələsi ilə əlaqədar Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndə heyətlərinin görüşünün keçiriləcəyi ilə bağlı qərar verilib

Ukrayna limanlarından dənli bitkilərin daşınması məqsədilə, Qara dənizdə ticarət gəmilərinin blokadadan çıxarılması məsələsi ilə əlaqədar Moskvada Türkiyə və Rusiya Müdafiə nazirliklərinin nümayəndə heyətləri arasında görüş keçirilib.

Medianın məlumatına görə, Ankara türk və rus generalların rəhbərlik etdiyi Türkiyə və Rusiya müdafiə nazirliklərinin nümayəndə heyətləri arasında danışıqların konstruktiv və müsbət keçdiyini bildirir.

Media, danışıqlar nəticəsində Ukrayna limanlarında ticarət gəmilərinin blokadadan çıxarılması məsələsinin həlli üçün Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndə heyətlərinin görüşünün keçirilməsinə qərar verilməsi barədə məlumat verir. Bütün tərəflərin razılığı halında dördtərəfli görüş yaxın həftələrdə Türkiyədə keçirilə bilər.

Medianın yazdığı üzrə, Moskvada keçirilən görüş ilk konkret nəticəni verib və danışıqlar başa çatdıqdan faktiki olaraq bir neçə saat sonra türk yük gəmisi “Azov Concord” Ukraynanın Mariupol limanını tərk edib.

Medianın məlumatına görə, “Azov Concord” rus ordusu və separatçıların nəzarətində olan Ukrayna limanını tərk edən ilk xarici gəmi olub.