Medianın məlumatına görə, Suxuminin əsas sərgi zalında baş verən yanğın nəticəsində 4000-dən çox əsər yanıb
Medianın məlumatına görə, Suxuminin əsas sərgi zalında baş verən yanğın nəticəsində 4000-dən çox əsər yanıb

Gecə saatlarında Suxuminin əsas sərgi zalında yanğın olub. Yerli mətbuatın yazdığına əsasən, abxaz rəssamlarının “Qızıl fondu” tamamilə məhv olub.

Yanğınsöndürənlərin sözlərinə görə, yanğın binanın damında başlayıb. Ehtimal edilir ki, səbəb elektrik naqillərində qısaqapanma olub.

Mediaya işğal olunmuş Abxaziyanın qondarma mədəniyyət naziri vəzifəsini icra edən Dinara Smir şərh verib, o qeyd edib ki, yanğın nəticəsində 4000-dən çox nüsxə, o cümlədən Aleksandr Çaçba-Şervaşidzenin 300-ə yaxın əsərini yanıb.

“Bu, Abxaziyanın milli mədəniyyəti üçün əvəzedilməz itkidir”, – Smir bildirib.