Medianın məlumatına görə, "Qazprom" İtaliyaya təbii qaz tədarükünü üçdə bir azaldıb
“Qazprom” İtaliyaya təbii qaz tədarükünü üçdə bir azaldıb. İtaliya mətbuatı bu barədə İtaliyanın dövlət enerji şirkəti “Eni”nin məlumat yaydığını xəbər verir.
“Qazprom” “Eni”yə son dövrlərdə gündəlik təqribən 32 milyon kubmetr qazın əvəzinə, təxminən 21 milyon kubmetr qaz tədarük edəcəyini bildirib.
Medianın da qeyd etdiyi kimi, Rusiya tərəfindən təbii qazın tamamilə dayandırılması ilə bağlı narahatlıqlar bütün Avropada, xüsusən də qışın soyuq, qaranlıq və bahalı olacağını deyən Almaniyada artır.
Medianın məlumatına görə, hazırda hər kəsin diqqəti “Qazprom”un texniki işlərlə əlaqədar “Şimal axını 1” boru kəmərinin 10 gün ərzində fəaliyyətini dayandıracağı barədə qərarına yönəlib.